BƏƏ-nin Əfqanıstandakı səfiri terror aktı zamanı aldığı yaralardan ölüb

BƏƏ-nin Əfqanıstandakı səfiri Cumaa əl-Kaabi yanvar ayında Kandaqarda törədilən terror aktı zamanı aldığı yaralardan ölüb.

Xudaferin.eu WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ prezident işləri üzrə nazirliyindən bəyan ediblər. 

Xatırladaq ki, yanvarın 10-da Əfqanıstanın Kandaqar şəhərində partlayış nəticəsində 11 nəfər ölüb, 16 nəfər yaralanıb. BƏƏ-nin beş diplomatı ölüb, bu ölkənin Əfqanıstandakı səfiri yaralanıb. Partlayış əmirlik diplomatlarının humanitar missiya ilə olduqları Kandaqar əyalətinin qubernatorunun qonaq evinin yaxınlığında baş verib.   

Xudaferin.eu

22:48