“Azərişıq” işçisinin ölümü niyə gizlədilir?

 

İsmayıllı rayon ərazisində ölüm hadisəsi baş verib. Rayonundan redaksiyamıza verilən məlumata görə “Azərişıq” ASC-nin İsmayıllı Şöbəsinin əməkdaşı Qubadov Yaşar Qubad oğlu 3 gün əvvəl dünyasını dəyişib. Qubadov Yaşar İsmayıllı rayonunun Talıstan kənd sakinidir. Hadisə isə rayonun Basqalaltı deyilən ərazisində baş verib. Gecə çağrışa gedən əməkdaşın elektrik gərginliyinə düşdüyü bildirilir. Hadisənin gizlədilməsinin səbəbi isə olayın idarə rəhbərliyinin səhlənkarlığı üzündən baş verməsi kimi göstərilir.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda cinayət işinin başlanılması da bildirilir.

İstirahət günü olduğundan məsələ ilə bağlı aidiyyatı qurumlardan mövqe öyrənə bilmədik. Hadisə ilə qarşı tərəfin münasibətini gözləyirik.

 

Azadliq.info

 

10:27