İllər öncə Niderlandın Haaqa şəhərində Günel və atası Rəhman bəylə oğlum Babəkin də iştirakı ilə görüşdük.
Gecədən xeyli keçənədək dərdləşdik. İşğal illərində qürbətdə görüşən iki qarabağlı nədən danışardı ki? Əlbəttə Rəhman bəylə Qarabağdan, Vətən həsrətindən…
Rəhman bəy yaddaşımda Qarabağ ağrısını ürəyində daşıyan mərd bir insan kimi qalıb. Güneli isə öz qızım kimi sevdim, onu həmişə məsum bir qızcığaz kimi xatırladım.
Bu gün də onun haqqında yazıları oxuyur, uğurlarına kölgə salmaq istəyənləri görəndə üzülürəm.
Bu bizim ilk və son görüşümüz oldu. İllər keçsə də, ata-bala qəlbimdə yaşayırlar…
Günel qızım, öz övladlarıma arzuladığım xoşbəxtliyi sənə də arzulayıram. Ulu Tanrı səni qorusun!
AZƏRİ QIZI GÜNEL.. XATİRƏMDƏ QALAN BİR MƏLƏK…

Elman Mustafazade
Xudaferin.eu
14:47
Digər xəbərlər