Azərbaycanlı xoreoqrafın quruluş verdiyi baletlər Primorsk səhnəsində nümayiş olunacaq

 

Martın 28-dən aprelin 2-dək Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində “Mariya Teatrında tətillər” layihəsi həyata keçiriləcək.

Layihə çərçivəsində martın 30-da A.Adanın “Jizel”, aprelin 1-də isə P.Çaykovskinin “Şelkunçuk” baletləri nümayiş etdiriləcək. Hər iki səhnə əsərinin quruluşçu xoreoqrafı azərbaycanlı balet ustası Eldar Əliyevdir. Onun librettosu əsasında hazırlanan “Şelkunçik” baleti Marius Petipanın (1818-1910) orijinal ssenarisinə əsaslanır.

Bakıda anadan olan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. O, Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinin üzvü, həmçinin Çinin Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur. E.Əliyev ötən il Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. Mariya Teatrının Primorsk səhnəsi Uzaq Şərqdə ən müasir və Rusiyanın ən gənc teatrlarından biridir.

Xudaferin.eu
Rusiya Federasiyası, “Moskva Büros
u”

 

10:27