Azərbaycanlı pianoçu Londonda konsert verib

 

Azərbaycanlı pianoçu və bəstəkar Renara Axundova Londonda konsert proqramı ilə çıxış edib.

Londonda “Rossotrudniçestvo” agentliyinin Böyük Britaniyadakı nümayəndəliyində “Art is Truth” adlı solo konsert proqramı ilə çıxış edən R.Axundova özünün bəstələdiyi əsərləri ifa edib. R.Axundovanın əsərlərini yüngül klassika, musiqili mənzərə rəsmləri kimi səciyyələndirmək olar. Onun bəstələri arasında musiqili portretlər də var. Bəstəkar deyir ki, bəzən maraqlı adamlarla görüşləri onu belə portretlər yaratmağa ruhlandırır.

Hazırda Parisdə yaşayan Renara Axundova Bakıda ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası yanında musiqi məktəbində alıb. Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirdikdən sonra tale onu Parisə gətirib.

Burada Renara musiqi sənəti ilə ciddi məşğul olmağa başlayıb. Tanınmış musiqiçi Belçika, İsveçrə, Fransa, İtaliya, Böyük Britaniya, Latviya və digər ölkələrdə konsert proqramları ilə çıxış etməklə yanaşı, teatr tamaşalarına musiqilər yazır, audiokitabların musiqi müşayiətlərinin hazırlanmasında iştirak edir.

Xudaferin.eu

 

08:29