Azərbaycanlı işadamları ölkə prezidentinə üç nazirliyin ləğv üçün müraciət etdilər

“İlham Əliyev, yalvarırıq, bu üç nazirliyi ləğv edin”Bir qrup sahibkar tərəfindən prezident İlham Əliyevə yalvarış dolu müraciət ünvanlanıb. İş adamlarının bəziləri topdansatış mərkəzlərinin sahibidir, bəziləri ticarət yarmarkalarına rəhbərlik edir. Göndərilən müraciətdə iş adamları Mərkəzi Bank, Maliyyə Nazirliyi və Vergilər Nazirliyi barəsində üsyan püskürüb. Sahibkarlar qeyd edirlər ki, bu üç dövlət qurumunun fəaliyyəti nəticəsində milyonlarla manat zərər ediblər. İş adamları bildirirlər ki, manatın iki dəfə devalvasiyası onları müflis edib:

“Mərkəzi Bankın və Maliyyə Nazirliyinin manat-dollar oyunu nəticəsində milyonlar itirmişik. Vergilər Nazirliyi isə büdcəni doldurmaq üçün soyğunçuluğqa davam etdirir. Halbuki iki il iş adamları vergidən azad olunub. Ancaq bu tapşırıq vergi müfəttişləri üçün cəfəngiyyatdır və onlar bildiklərini etməkdədirlər. Bir yandan Maliyyə Nazirliyi və Mərkəzi bankın dollar siyasəti nəticəsində ziyan edirik, digər tərəfdən də vergilər dərimizi soyur. Hər üç nəhəng qurumun ləğvinə ehtiyac var. Onların yerinə Maliyyə Bazarlarına Nəzarət Palatası kifayət edir. Cənab prezident, yalvarırıq, bu məmurları durdurun. Elman Rüstəmov hər gün manatın məzənnəsində min oyundan çıxır. Samir Şərifovun fəaliyyətini qeyd etməyə ehtiyac yoxdur, Cahangir Hacıyev hər şeyi açıqlayıb. Bu məmurlar manata genosid ediblər. Fazil Məmmədovun işçiləri isə iş adamlarının qanını içir”.
Qeyd edək ki, ölkədə həqiqətən çətin iqtisadi situasiya yaranıb. İş adamları belə bir durumda gerçəkdən çətinlik çəkirlər. Onlar çıxış yolları tapa bilmir. Sahibkarlar xaricdən mal idxal etdiklərinə görə məzənnəyə uyğun işləməli olurlar. Mərkəzi Bankla Maliyyə nazirliyinin məzənnə siyasəti isə biznesmenləri müflis etməkdədir. Digər bir yandan da vergi işçiləri onların dərisinə saman təpir. AMB sədrinin yartımaz idarəçiliyi nəticəsində manat günbəgün ucuzlaşır. Artıq banklara paylanan 300 milyon dollar da buxar olub. E. Rüstəmov persona non-qrat olmağa doru gedir. Onun manatın başına gətirdiyi müsibət artıq məmurlar tərəfindən də tənqidlə qarşılanır. Baş bankir isə susmaqdadır. O susduqca hər gün dollar bahalaşır. Ölkə başçısının imzaladığı fərmanlarıa, keçirdiyi görüşlərdə qeyri-neft sektorunun inkişafına yönəlik addımlar, məmurların bürokratiya və monopoliya sistemini məhdudlaşdıran qərarlar da göstərir ki iqtisadi böhranla əlaqədar yeni çıxış yolları axtarılır.

Xudaferin.eu

08:26