Azərbaycanlı heykəltəraş Türkiyədə Atatürkün və Fateh Sultan Mehmetin heykəllərini hazırlayıb

 

Azərbaycanlı rəssam və heykəltəraş Sənan Eynullayev İstanbulda İstanbulu fəth edən Osmanlı padşahı Fateh Sultan Mehmet və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün heykəllərini hazırlayıb.
 

Bu barədə açıqlama sənətçi deyib ki, onun yaratdığı heykəllər İstanbulun müasir yaşayış məkanlarından biri olan 1453 massivinin sahibi, tanınmış iş adamı Əli Ağaoğlu sifariş edib: Dörd aylıq çgərgin iş rejimindən sonra Fateh Sultan Mehmetin heykəlin bitirdim. Mustafa Kamal Atatürkün heykəli isə 8 günə hazır olacaq. Hər iki heykəl bürüncdəndir, hündürlüyü 8 metrdir. Əli Ağaoğlu heykəllərin açılış mərasimini keçirəcəyini deyib”.

Qeyd edək ki, 1956-cı ildə Bakıda anadan olan Sənan Eynullayev Əzimzadə adına Rəssamlıq məktəbini və Əlibəy Hüseynzadə adına İncəsənət universitetində məşhur rəssam Mikayıl Abdullayevin sinfini bitirib. 1996-cı ildən yaradıcılıq işlərini Türkiyədə davam etdirən Sənan Eynullayev indiyə qədər 50-dən çox fərdi rəsm sərgisi açıb. Yaponiyanın, Hollandiyanın, İspaniyanın qalereyaları ilə daimi əməkdaşlıq edən Sənan Eynullayev, Türkiyənin İstanbul, Çanakkale, Konya,Ankara, Samsun və.b. şəhərlərində heykəllər hazırlayıb, keramika və mozaika işlərinin altına imzasını atıb. Məşhur qırğız yazar Çingiz Aytmatovun Türkiyədə rusca çıxmış 8 cildliyinin illüstrasiyalarını da Sənan Eynullayev çəkib. Türkiyədə təxminən 20 rəsm kataloqu çıxan sənətkar bir müddət İSTEK Vəqfinin Kamal Atatürk litseyində rəsm dərsi verib. Sənan Eynullayev, İstanbulda yaratdığı emalatxanasında daimi müdavimlərinə sənət dərsi verir.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

05:55