Azərbaycanlı alimin məruzəsi beynəlxalq elmi konfransda maraq doğurub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyeva Pakistanın Pəncab Universitetində “Mövlanə Cəlaləddin Rumi və Həzrət Sultan Bahu: Mistika işığında sevgi və varlıq mesajı" mövzusunda keçirilən beynəlxalq elmi konfransda ölkəmizi təmsil edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alim konfransda “Mövlanə Cəlaləddin Rumi və Sultan Bahunun mistik təlimlərinin əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Pakistan, Hindistan, Türkiyə, İran, Kanada, Böyük Britaniyadan gəlmiş alim və tədqiqatçıların iştirak etdiyi konfransda B.Əzizəliyevanın məruzəsi maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

AZƏRTAC

18:11