Azərbaycanla Türkmənistan arasında imzalanan bəyannamə və bir sıra sazişlər təsdiqlənib

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan dövlətinin Türkmənistan ilə imzaladığı bəyannamə və bir sıra sazişlər təsdiq olunub.

Bunlar 2017-ci il avqustun 8-də Bakıda Azərbaycanla Türkmənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" sazişlərdir. //APA

17:13