Azərbaycanla Tacikistan arasında konsulluq sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov ilə bu ölkənin Xarici İşlər Nazirliyinin Baş Konsulluq İdarəsinin rəisi Bahadur Səfərzadə ilə görüşüb.
Ölkəmizin Tacikistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə idarə rəisi Bahadur Səfərzadə səfiri yeni təyinatı ilə əlaqədar təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
B.Səfərzadə Azərbaycanla Tacikistan arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini vurğulayaraq, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini qeyd edib. Həmçinin yeni səfirin fəaliyyəti dövründə bu xüsusda uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirib.
Səmimi görüşə görə minnətdarlığını ifadə edən səfir diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüş zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Xudaferin.eu
22:04
Digər xəbərlər