Azərbaycanla Niderland arasında diplomatik əlaqələrin qurulmasından otuz il ötür

Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tviter hesabında paylaşım edilib.
“Bu gün Azərbaycan və Niderland arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Niderland Krallığının hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Niderland arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik”, - deyə paylaşımda qeyd edilib.

Xudaferin.eu

23:12