Azərbaycanla Estoniya arasında diplomatik əlaqələrin qurulmasından otuz il ötür

Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tviter hesabında paylaşım edilib.

“Bu gün Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Estoniya Respublikasının hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Estoniya arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik”, - deyə paylaşımda qeyd edilib.

 

Xudaferin.eu

13:44