Azərbaycanın xarici borclarının yuxarı həddi 9 dəfə artırılıb

 

İyunun 30-da Milli Məclisin plenar iclasında Azərbaycanın 2017-ci il dövlət büdcəsinin gəlirləri və xərcləri ilə yanaşı, xarici dövlət borclanmasının yeni yuxarı həddinə dəyişikliklər təsdiq edilib.

2017-ci ildə xarici borcların yuxarı həddi ötən ilin sonunda təsdiq edildiyi kimi 500 mln manat yox, 9 dəfə çox - 4,5 mlrd manat olacaq. Parlamentdə çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, bu addım "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 2 mlrd 383,4 milyon ABŞ dolları məbləğində borcunun dövlətin üzərinə keçirilməsi ilə bağlıdır. Bu borcların ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bu tədbir Beynəlxalq Bankın sağlamlaşdırılması tədbirləri çərçivəsində həyata keçirilir, o qeyd edib.

Amerikaninsesi.org

09:28