Azərbaycanın və Braziliyanın beyin mərkəzləri əməkdaşlığı dərinləşdirir

Bildiyimiz kimi, COP30 Braziliyada keçiriləcək. Biz də artıq Braziliyanın düşüncə mərkəzləri ilə sıx əməkdaşlığa başlamışıq.

 Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu sözləri “Qalıq yanacaqlardan keçid: Çətinliklər və "Troyka" ölkələrində iqlim fəaliyyətləri üçün imkanlar” mövzusunda keçirilən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib. 

Neft-qaz sahəsinin Azərbaycanın və Braziliyanın iqtisadiyyatının əsas elementi olduğunu deyən Fərid Şəfiyev bugünkü tədbirdə karbohidrogen enerji mənbələrindən alternativ enerji mənbələrinə keçid məsələlərinin müzakirə ediləcəyini diqqətə çatdırıb.

Xudaferin.eu

15:05