Azərbaycanın Skandinaviya ölkələrindəki diplomatik nümayəndəliklərində prezident seçkilərinə hazırlıq işlər aparılır
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə ölkəmizin diplomatik nümayəndəliklərində və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə diplomatik nümayəndəliklərdə və konsulluqlarında seçki məntəqələri yaradılır.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, prezident seçkilərində iştirak etmək istəyən, İsveç, Norveç, Finlandiya və Danimarkada daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətə gələn 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə bu il dekabrın 29-dək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə ölkəmizin İsveçdəki səfirliyinə müraciət etmələri xahiş olunur.
Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, konsulluq qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılacaq.

Elektron poçt: azerembassy@gmail.com
Telefon: +46 8 661 58 50
Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, konsulluq qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılacaq.
Xudaferin.eu
21:44
Digər xəbərlər