Azərbaycanın qələbə əzmi hazırda pik həddədir

Hərb tarixi göstərir ki, irimiqyaslı hərbi kampaniyalar istisna olmaqla bir dövlətin ordusunun yüksək çinli zabitləri hər hansı bir hərbi əməliyyatda və ya xüsusi döyüş tapşırığında həlak olmayıb.

Bu isə yalnız bir halda baş verə bilər:
Hərbi koordinatların düşmən tərəfinə bilərəkdən ötürülməsi. Bu birmənalı şəkildə Vətənə xəyanətdir!!!

Açıq-aydın görmək olur ki, Rusiyanın Azərbaycan hərbi strukturuna sızmış 5-ci kolonu bu planı həyata keçirir. Ola bilsin ki, bu plan daha uzunmüddətli düşünülüb və vaxtı da qabaqcadan dəqiqləşdirilib.

Biz Ali Baş Komandandan, bütün nazirliklərdən və güc strulturlarından xahiş ve teleb edirik ki, cesaret gostererek dərhal Kremlin əlaltıları aşkar edilərək dövlətin strateji  postlarından kənarlaşdırsinlar!!! 

Əks halda itkilərimiz yenə cox olacaq.

Bir ölkənin generalının şəhid edilməsi açıq-aşkar müharibə demekdir.

Azərbaycan Respublikası öz hərbi və siyasi qətiyyətini ortaya qoyaraq bu məsələni birdəfəlik həll etməklə adını tarixə yazdıra bilər.

Azərbaycan xalqı bu gün böyüklü-kiçikli, qocalı-cavanlı, kişili-qadınlı, iqtidarlı-müxalifətli Dövlətinin və Ordusunun yanındadır.

Bu gün diplomatik gedişat da Azərbaycanın lehinədir.

Türkiyə, Pakistan, İsrail və digər ölkələr Azərbaycanı tam dəstəklədiyini beyan edib.

Xaricdə yaşayan minlərlə soydaşımız canı və malı ilə xalqın yanında olmağa hazırdır.

Xalqın müharibə və qələbə əzmi isə ən pik həddədir.

Müharibəni başlasaq zəfər bizimlə olacaq. Amma əvvəlcə içəridən 5-ci kolonu arınmalıyıq.

Ulu Tanrim milletimize yar ve yardimci olsun. 

Elman Mustafazadə,

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, "Xudafərin" jurnalının bas redaktoru

23:59