AZƏRBAYCANIN QƏLƏBƏ ZƏFƏRİ – SÜLHƏ, BİRLİYƏ VƏ GƏLƏCƏYƏ XİDMƏT EDİR.....

    27 sentyabr 2020-ci il tarixində  başlanan və 44 gün davam edən Vətən müharibəsi,  Azərbaycanın işğal altında qalan  torpaqlarının azadlığı uğrunda mübarizəsi idi.

  Bu, həm də ədalətin və  beynəlxalq hüququn qorunması idi 
  Azərbaycan xalqı, Ordusu və  Lideri – Müzəffər Ali Baş Komandan İlham Əliyevin birliyi sayəsində ədalətin bərpası uğrunda aparılan  savaş ; şərəfli Zəfərlə başa çatdı.
   Otuz il işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur torpaqlarının azad olunması ;  xalqın azadlıq iradəsinin, milli həmrəyliyin və müasir Azərbaycan dövlətçiliyinin sarsılmaz təntənəsi oldu. 
  Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri, beynəlxalq güclərin dəstəyi ilə təchiz edilmiş erməni ordusunu darmadağın edərək, Qafqazda illərlə süni şəkildə yaradılmış “erməni üstünlüyü” mifinə son qoydu.
  Bu Qələbə, Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Vətən müharibəsində əldə edilən  Zəfər -- təkcə ərazi bütövlüyümüzü bərpa etmədi ;  həm də milli qürurumuzu, tarixi ədalətə olan inamımızı, xalq-ordu-lider birliyini bərpa etdi. 
   2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı isə Azərbaycanın tam suverenliyini bərqərar etdi. Bu əməliyyat zamanı şanlı  ordumuz  bir nəfər də olsun mülki şəxsə toxunmadan, humanist prinsiplərə sadiq qalaraq Azərbaycan ərazisində yuva salmış separatizmin kökünü kəsdi və ölkəmizin ərazi bütövlüyünü təmin etdi.
 Bu gün Azərbaycan dünya miqyasında güclü, söz sahibi olan  dövlət kimi tanınır. 
  Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sürətli bərpa və yenidənqurma prosesi — təkcə iqtisadi inkişafın deyil ;  həm də milli ruhun dirçəlişinin simvoludur.
  Şuşa, Xankəndi, Laçın və Ağdam kimi şəhərlər təkcə Azərbaycanın deyil ;  bütün regionun sülh, sabitlik və əməkdaşlıq mərkəzinə çevrilməkdədir.
   Dost ölkələr, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT)  Azərbaycanın bərpa prosesinə dərin maraq göstərir və bu proses, günbəgün güclənən türk birliyinin rəmzinə çevrilir. 
  Tarixi Zəngəzur dəhlizi layihəsi isə yalnız Azərbaycanın deyil ; bütün türk dünyasının, həm də Avrasiya məkanının iqtisadi və siyasi birliyinə xidmət edən strateji körpü olacaq.
   Azərbaycan bu gün sülhün, tərəqqinin və humanizmin daşıyıcısı kimi beynəlxalq aləmdə nümunə göstərilir.
  Qalib xalqın ruhu, şəhidlərimizin xatirəsi və dövlətimizin əzmi bizi daha parlaq gələcəyə aparır.
    Bu əlamətdar Zəfər Günü ərəfəsində biz – bütün dünya azərbaycanlıları, ölkəmizin inkişafı, milli birliyimizin qorunması və Azərbaycanın möhkəm sülh içində inkişafı naminə bir yumruq kimi birləşməliyik.
   8 Noyabr ZƏFƏR GÜNÜ  azadlıq, milli qürur və yenidən doğulan Qarabağın simvolu kimi daim yaşayacaq .
     Azərbaycan xalqını, Ordumuzu, vətənə sədaqət göstərən bütün insanları Zəfərin beşinci ildönümü münasibətilə ürəkdən təbrik edirik !!! 

Müəllif : Qəvami Sadıqbəyli

Xudaferin.eu

14:10