“Azərbaycanın mədəni sərvəti” çərçivəsində ustad dərsləri

Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində unudulmaqda olan tikmələrin dirçəlməsi üzrə ustad dərsləri keçirilir. Xalça Muzeyindən bildirilib ki, ustad dərsləri özbək mütəxəssis Madina Kasımbayeva tərəfindən aparılır. Unudulmaqda olan tikmələrin dirçəlməsi üzrə keçirilən ustad dərsləri “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.

Qeyd edək ki, xalça sənətinin inkişaf etidirilməsi ilə bağlı son zamanlar bir sıra uğurlu addımlar atılmaqdadır. Bununla yanaşı, xalçaçı rəssamların sərgilərinin də sayı artıb. Bu həm də dekorativ tətbiqi sənətin inkişafına böyük bir təkan deməkdir. Belə ki, turizmin inkişafı ilə yanaşı, xalq tətbiqi sənətinin turizm sənayesi sektorunda özəl yerinin olması bu sənətə olan marağı daha da artırmışdır. 

Xudaferin.eu

13:49