Azərbaycanın İstanbul və Qarsdakı baş konsulluqlarında operativ qərargahlar yaradılıb

Fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarında operativ qərargahlar yaradılıb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gəlmiş nümayəndə heyətinin rəhbəri ilə operativ əlaqə saxlayır və zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması məsələsi araşdırılır.

Səfirlik tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır.

Əldə edilmiş məlumatlar operativ olaraq mediaya çatdırılacaq. Qeyri-rəsmi yayılan məlumatlara istinad edilməməsi xahiş olunur. Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının +905355776168 vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycan Respublikasının İstanbuldakı baş konsulluğunun əlaqə nömrəsi +905366138648,

Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğunun əlaqə nömrələri +905527801418, +905075893011.

Xudaferin.eu

15:15