Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərar Münhendəki soydaşlarımız tərəfindən sevinclə qarşılandı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında 26 noyabr tarixli Sərəncamı bütün dünya azərbaycanlıları üçün çoxdan gözlənilən bir hadisə oldu.
Azərbaycanın xaricdəki diaspor fəallarının arasında yəhudi köklü azərbaycanlıların da olması bir faktdır.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan evində həmin sərəncam əsl bayram kimi qeyd olundu. Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzində keçirilən tədbirdə İsrail Dövlətində fəaliyyət göstərən “Azİz” cəmiyyətinin idarə heyəti ilə yanaşı, Azərbaycandan tanınmış rejissor Rüfət Əsədov və “Xudafərin” qəzetinin baş redaktoru Elman Mustafazadə də iştirak etdilər.
Tədbirdə çıxış edən Mərkəzin rəhbəri Səttar Kərimov ulu öndər Heydər Əliyevin İsrail-Azərbaycan dostluğuna göstərdiyi qayğıdan danışıb. O, Ulu Öndərin siyasi kursunun davamçısı - Prezident İlham Əliyevin də iki millət və iki dövlətin dostluq münasibətlərinin qorunub saxlanması üçün gördüyü işlər barədə məlumat verib. Bununla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin başa vurduğumuz ildə əldə etdiyi nailiyyətlərdən söz açıb.
Sonra israilli şair Mixail Salman Qarabağa, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərə və dövlətimizin başçısına həsr etdiyi şeirlərini oxuyub. Tədbir israilli ziyalıların çıxışları ilə davam etdirilib.
Daha sonra rejissor Rüfət Əsədovun Azərbaycandakı multikulturalizmə və müxtəlif din və millətlərin nümayəndələrinin məbədlərinə həsr olunmuş yeni “Məbədə aparan yol” filminin təqdimatı keçirilib.
Tədbir Münhen şəhərində yeni açılan “Dağ yəhudiləri icmasının” tanıtımı ilə başa çatıb.

Vüqar Seyidov
Xudaferin.eu
23:39
Digər xəbərlər