Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistan hərbi hissələrinin birində partlayış baş verib

 

Erməni mətbuatının etiraf etdiyinə görə, şimal-şərq istiqamətində hərbi hissədə tank əleyhinə qumbara partlayıb. Ermənistan silahlı qüvvələrinin hərbçisi 1997-ci il təvəllüdlü Qrant Manqasaryan ölüb. Daha 2 hərbçi qəlpə yarası alıb.

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Agdərə rayonu istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib.
Partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib. İlkin məlumata görə, 12 nəfərin öldüyü və xeyli sayda yaralının olduğu bildirilir. Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Hazırda araşdırma və xilasetmə tədbirləri həyata keçirilir.

TREND İA

09:46