Azərbaycanın Belçikadakı səfirliyində kütləvi informasiya vasitələrinin iştirakı ilə görüş keçirilib

Azərbaycanın Belçikadakı səfirliyində Brüsseldə yerləşən kütləvi informasiya vasitələri və tədqiqat mərkəzlərinin nümayəndələrinin iştirakı ilə növbəti görüş keçirilib.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, görüşdə çıxış edən səfir Vaqif Sadıqov digər məsələlərlə yanaşı, Azərbaycan və Avropa İttifaqı əlaqələrindən, tərəflər arasındakı enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdəki aktiv dialoqdan, Prezident İlham Əliyevin Brüsselə aprel ayının 6-da nəzərdə tutulan səfəri və bu səfər çərçivəsində keçiriləcək üçtərəfli görüşün əhəmiyyətindən bəhs edib.
Sonra görüş iştirakçılarının Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı verdikləri suallar cavablandırılıb.

Vüqar Seyidov

Xudaferin.eu

23:13