Azərbaycanın Amerikalı saz ifaçısı—Marta Lavri (Video)

3 ildir Azərbaycanda yaşayan ABŞ vətəndaşı Marta Lavri Azərbaycan dilini səlis öyrənib. O həm də milli musiqimizin incisi sayılan sazda çalmağı, bir çox aşıq havalarını da öyrənmişdir. Faktiki olaraq, Azərbaycan xalq musiqisinin bütün janrlarını ifa edə bilir.

Marta Bakıda "Xəzər" Universistetində çalışmaqla yanaşı, Azərbaycanın qədim xalq musiqisinə və ənənələrinə heyran qalır. Ona görə də ilk addım kimi, aşıq havalarını və sazda ifa etməyi öyrənməyə başlayır. Bu müddət ərzində xalq ədəbiyyatını bilən müəllimlərdən, aşıq sənətinin xiridarı olanlardan çox şeylər öyrənməyə başlayır. Onu ən çox təəccübləndirən isə, Amerikadakı Qızıldərililərin xalq sənəti, musiqi ifaçılığı ilə Azərbaycan aşıq sənəti arasında xeyli dərəcədə uyğunluğun olmasıdır. Hətta Qızıldərililərin və Azərbaycan xalq musiqisinin ortaq sintezi üzərində də çalışır. Beləliklə də Marta zamanla anlayır ki Azərbaycan mədəniyyətinə olan marağı sevgiyə çevrilib. Onu da qeyd edək ki, Martanın nitqində Azərbaycan dilində səlis şəkildə danışığı heç də soydaşlarımızın danışığından fərqlənmir. İndi Marta Lavri sanki Azərbaycan adlı bir ailənin üzvüdür.

Xudaferin.eu

Yurt Tv-nin Marta Lavri haqqında çəkdiyi videonu sizlərə təqdim edirik:

 

09:54