Azərbaycanın 7 şahmatçısı Avropa çempionatında mübarizə aparır

Martın 18-də Şimali Makedoniyanın paytaxtı Skopyedə kişi şahmatçılar arasında Avropa çempionatı start götürüb.

Xudaferin.eu xəbər verir ki, 42 ölkədən şahmatçıların mübarizə apardıqları turnirdə Azərbaycanı 7 idmançı təmsil edir. Birinci turda şahmatçılarımız Rauf Məmmədov litvalı Paulis Pultineviç, Eltac Səfərli polşalı Petr Piesik, Məhəmməd Muradlı Belarus təmsilçisi Vladislav Kovalyok, Kənan Qarayev Daniele Vokaturo, Ülvi Sadıqov Kosovo təmsilçisi Muhamet Aslani, Cahandar Azadəliyev Polşa təmsilçisi İqor Yanik ilə mübarizə aparır.

On bir turdan ibarət qitə çempionatı İsveçrə sistemi üzrə keçirilir.

Xudaferin.eu

17:46