Azərbaycanı nə gözləyir? Hətta Gürcüstandan da geri qalırıq

 

Akif Nəsirli: “Azərbaycan Avropaya yalnız qeyri-qaz borularını uzadıb”

Rəsmi məlumatlara görə, yeyinti məhsullarının idxalı rəqəmlərdə artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar ayında Azərbaycana 76 milyon 506.89 min dollarlıq yeyinti məhsulları idxal olunub. 2016-cı ilin yanvarında xaricdən 62 milyon 484.38 min dollarlıq yeyinti məhsulları idxal edilib.Meyvə-tərəvəz, buğda və şəkər Azərbaycanda ən çox valyuta çıxmasına səbəb olan yeyinti məhsullarıdır.2017-ci ilin yanvar ayında Azərbaycanın özəl sektorunun ixracı 60 milyon 298 min dollar təşkil edib.Bu, 2016-cı ilin yanvar ayı ilə müqayisədə çoxdur.2016-cı ilin yanvar ayında özəl sektorun ixracı 42 milyon 343.88 min dollar təşkil etmişdi. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvarda Azərbaycanın cəmi ixracı 804 milyon 627.99 min dollar təşkil edib.İxrac keçən ilin müvafiq dövrünə nisbətən 25.71 faiz artıb. İxracın 728 milyon 918.04 min dolları dövlət sektorunun, 60 milyon 298 min dolları özəl sektorun, 15 milyon 411 min dolları fiziki şəxslərin payına düşüb.
 

İdxalda özəl sektor hökmranlıq edir
 

Bu ilin yanvar ayında Azərbaycanın idxalı 450 milyon 52.27 min ABŞ dolları təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3.64 faiz çoxdur. İdxalın cəmi 44 milyon 913.43 min dolları dövlət sektoru, 378 milyon 798.28 min dolları özəl sektor, 26 milyon 340.56 min dollar fiziki şəxslər tərəfindən həyata keçirilib. Azərbaycan idxaldan asılı vəziyyətə düşüb.Ekspertlərin fikrincə, dolların bahalaşması və qeyri-neft sektorunda nisbətən geriləmə iqtisadi durumu yaxın aylarda daha da gərginləşdirəcək.Digər maraqlı bir məlumat Gürcüstan Statistika Xidmətinin hesabatında öz əksini tapıb. Məlumata əsasən 2017-ci ilin yanvarında Azərbaycan Gürcüstandan məhsul idxalını ötən ilin analoji dövrü ilə müqayisədə 9,34 milyon dollaradək artırıb. Gürcüstanın ixracatında Azərbaycanın payı 5,3 faiz təşkil edib. Bu rəqəm 2016-cı ilin yanvarında 3,1 faizə bərabər olub. Statistikaya əsasən, Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci ilin yanvarında 73,36 milyon dollar təşkil edib. Gürcüstanın xarici ticarət əməliyyatlarında Azərbaycanın xüsusi çəkisi 11,3 faizə bərabər olub. Gürcüstandan idxal göstəricisində əsas yer boruların payına düşüb.

 

Gürcüstanın nəyi var ki, Azərbaycana da idxal etsin?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycandan fərqli olaraq Gürcüstan öz iqtisadiyyatını qurub: “Doğrudur, Gürcüstanın heç bir təbii sərvəti yoxdur. Yalnız çoxlu sayda turist obyektləri var və burdan gələn gəlirlər demək olar ki, büdcənin 20 faizini doldurur.Son 10 ildə Gürcüstan iqtisadiyyatı sürətlə inkişaf edib.Hazırda Gürcüstanda kənd təsərrüfatı istehsalı ildən-ilə inkişaf edir.Problem bizim düşüncə tərzimizdədir.Hesab edirik ki, hansı ölkə inkişaf edirsə, onun mütləq sərvəti var. Avropa ölkələrinin hansı sərvəti var?! Avropa ölkələri bizim yerdən çıxardığımız enerjini od qiymətinə alır. Amma bununla belə iqtisadiyyatını inkişaf etdirir.Bu gün Avropaya əsl istiqaməti Gürcüstan alıb.Azərbaycan Avropaya yalnız qeyri-qaz borularını uzadıb.Avropaya başqa heç bir istiqamətdə üz tutmuruq.Avropanın texnologiyasından istifadə etmirik.Amma Azərbaycandan fərqli olaraq Gürcüstan eləcə də digər inkişaf etməkdə olan ölkələr bundan bolluca yararlanır.Ona görə də bu gün Gürcüstandan bizə lazım olan məhsulları idxal edirik. Xırda bizneslə məşğul olan insanlar tanıyıram ki, gedib Gürcüstandan yağ, pendir, ət alıb gətirirlər. Bu, böyük altılıq dövlətin sərvətinin olmasından asılı deyil.Bu, artıq hökumətin iqtisadiyyatı idarə etməsindən aldığı səmərədir.Bu gün Azərbaycan ona görə böhrandadır, əziyyət çəkir ki, ölkə iqtisadiyyatı neftdən asılı vəziyyətdədir.Azərbaycan iqtisadiyyatı narkomana bənzəyir.Yalnız neftlə qidalanır.Nə qədər ki, bu strategiyadan əl çəkməmişik iqtisadiyyatımız idxaldan asılı olacaq.Yeganə yolumuz odur ki, yönümüzü dəyişdirib iqtisadiyyatı inkişaf etdirək.Dünya, eləcə də Gürcüstan iqtisadiyyatından kifayət qədər götürməli nümunələr var. Bəli, Gürcüstan inkişaf edib və dünya bazarına xarici valyutaya satılacaq məhsullar çıxarır.Azərbaycanda ümumi iqtisadiyyatın tənzimlənməsi dəyişməlidir”.

Azərbaycanı qarşıdakı illərdə də eyni aqibət gözləyir?

 

Ekspertin qənaətincə, nə qədər ki, Azərbaycan iqtisadiyyatı inkişaf etdirmək, dirçəltmək yolunu tutmayıb, geriləmə davam edəcək: “Dövlət televiziyasına baxırsan, orda qeyri-neft sektorunun çox gözəl inkişafından söhbət gedir. Bu, deyilir, amma əməl yoxdur.Bu gün Azərbaycanda inzibati şəkildə pambıq əkilir. Amma götür-qoy etmirlər ki, burda pambıq əkmək olar, ya yox?Sovet hökuməti onun səmərəsinə, xərclərinə baxmadan əkirdi.Bu, planlı təsərrüfat idi.Azərbaycan pambığını digər ərazilərlə kompensasiya edirdi.Dünya bazarında 1 ton Azərbaycan pambığını almaqdansa, 100 kiloqram Özbəkistan və ya Meksika pambığı almaq daha səmərəlidir.Belə olan halda biz nəyə görə pambıq əkməliyik?Bu gün əllərində bayraq etdikləri pambıq əkini ilə iflasa uğrayırlar.Çünki Azərbaycanın pambıq əkini üçün normal iqlimi yoxdur.Hər bir məsələyə fərdi yanaşmaq lazımdır.Görülən hər bir işin marketinq tədqiqatı aparılmalıdır ki, bu nə qədər vəsait tələb edir, hansı gəlirlər gətirəcək və.s.Çox təəssüf ki, Azərbaycanda hər şey göstərmək üçündür, o cümlədən də bugünkü “qeyri-neft sektorunun inkişafı””.

Yeganə Oqtayqızı

Cebhe.info

 

10:10