Azərbaycandan gələn acı xəbərin üzüntüsün yaşamalı olduq.

Bakıda tanınmış hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri, Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin yaxın dostu, Xudafərin (www.xudaferin.eu) jurnalının və sayının əməkdaşı Səməd Vəkilovun atası Mustafa Vəkilovun vəfatı ilə əlaqədar üzüntü içindəyik.

Əziz Səməd bəyə və bütün vəkilovlar şəcərəsinə dərin hüznlə başsağlığı verir, son qəminiz olsun deyirik.

Əziz Səməd bəy bu acı xəbəri qurbət diyarda üzüntü ilə qarşılayır və belə bir ağır gündə səninlə birgə kədərliyik.

Allah Mustafa Babaya rəhmət, sizlərərə isə səbr versin.

Dərin hüznlə Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları"Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

11:39