Azərbaycandakı siyasi məhbuslarla bağlı Praqada sərgisi keçiriləcək

Fevralın 2-də Çexiyanın paytaxtı Praqada Azərbaycanda «siyasi məhbus» probleminə həsr edilmiş «Məsafə» adlı fotosərgi açılacaq. Bu barədə məlumatı «Demokratiya naminə İncəsənət» (Art for Democracy) kampaniyası yayıb.

Fotoqraf Cahangir Yusifin «Distance / Məsafə» adlı foto layihəsi 2014-cü ildə həyata keçiriləcəkdi. Layihə rəhbəri- hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsindən sonra təxirə salınmışdı. «Layihə Azərbaycanda siyasi fəaliyyətinə görə repressiya ilə üzləşmiş, siyasi məhbusları və onların ailə üzvlərini əhatələyir», – layihə müəllifləri bildirirlər.
«Art for Democracy» kampaniyasının məqsədi ölkədə insan haqlarının, demokratik təsisatların durumuna diqqət yönəltməkdir. 2012-ci ildə Bakıda keçirilən «Eurovision» mahnı yarışması ərəfəsində «Sing for Democracy» (Demokratiya naminə oxu) kampaniyası başladılmışdı. Sonradan bu kampaniya adını «Art for Democracy»yə dəyişdi.

Azadliq.info

18:05