Azərbaycanda xarici borclanma ilə bağlı sərt - MƏHDUDİYYƏT

Son illərdə dünya bazarlarında neftin qiymətində yaranan qeyri-sabitlik və icmal büdcənin gəlirlərinin azalması səbəbindən 2018-2025-ci illər ərzində birbaşa və ya dövlət zəmanəti ilə cəlb ediləcək kreditlər hesabına maliyyələşdiriləcək prioritet layihələrin siyahısı müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da bildirilir.

Sənədə əsasən, qeyd olunan prioritet layihələrin siyahısı aşağıdakı kimidir (cədvəl 3 və cədvəl 4):

Sənəddə bildirilir ki, bu layihələrdən başqa birbaşa kreditlərin, habelə dövlət müəssisələrinə Strategiyada nəzərdə tutulan dövlət zəmanətli kreditlərdən əlavə dövlət zəmanəti ilə vəsait cəlb olunması dayandırılacaq.

Oxu.Az

11:55