AZƏRBAYCANDA QADIN SÜRÜCÜLƏR: SEVİNCDƏN XƏYAL QIRIQLIĞINA…

Əziz oxucum, xahiş edirəm, bu yazını səbrlə sona qədər oxu və birlikdə düşünək…
Mən 1984-cü ildən Avropa ölkələrinə gedib-gəlmiş, 1990-cı ildən isə Avropada dayıma məskunlaşmış bir soydaşınızam. Bu illər ərzində Avropanın demək olar ki, əksər ölkələrini, şəhərbəşəhər, kəndbəkənd gəzmiş, müxtəlif xalqların həyat tərzini, dünyagörüşünü və cəmiyyətlərini yaxından müşahidə etmişəm.
Bu illər ərzində məni daim düşündürən məsələlərdən biri də Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi olub.
QADININ CƏMİYYƏTDƏKİ YERİ
Avropanın müxtəlif ölkələrində qadınları yüksək vəzifələrdə, rəhbər postlarda, elm, təhsil, tibb, biznes və digər sahələrdə görəndə, açığı, yaxşı mənada paxıllığım tutardı.
Düşünərdim:
Nə üçün Azərbaycan qadını da belə yüksək mövqelərdə olmasın? Axı bizim qadınlarımız hansı millətin qadınlarından əskikdir?
Bəzən öz-özümə düşünürəm: bəlkə biz Azərbaycan qadınlarını uzun illər bir qədər qapalı saxlamış, onlara öz potensiallarını göstərmək üçün kifayət qədər meydan verməmişik?
Mən həmişə qadınlara qarşı zorakılığa, ədalətsizliyə və ayrı-seçkiliyə qarşı olmuşam. Qadını milliyyətindən, mənşəyindən və sosial vəziyyətindən asılı olmayaraq hər zaman hörmətə layiq müqəddəs varlıq hesab etmişəm.
Çünki uşaqlıqda anamız bizə bir nəsihəti dönə-dönə təkrar edərdi:
“Ana görəndə hörmət edin ki, sizin də ananız var. Qız görəndə namusla yanaşın ki, sizin də bacınız var.”
Bu sözlər qardaşlarımın və mənim qulağımızda sanki sırğa kimi qaldı.
Sonralar ailə həyatı qurub qız atası olmağım da bu düşüncəni daha da möhkəmləndirdi.
Demək istəyirəm ki, tam səmimiyyətlə, mən qadınlara qarşı bəlkə də həddindən artıq tolerant olmuşam.
Mənim üçün qadın gücün, fədakarlığın, mərhəmətin və ailəni ayaqda saxlayan mənəvi qüvvənin rəmzidir.
QADIN GÖZƏLLİYİ NƏDİR?
Qadın gözəlliyi yalnız üz cizgiləri, gözlərin rəngi, saçın uzunluğu və ya bədən quruluşu deyil. Bunlar gözəlliyin görünən tərəfidir. Əsl gözəllik isə daha dərin və daha uzunömürlüdür.
Məncə, qadın gözəlliyi sima, ruh, davranış və danışıq tərzinin vəhdətidir.
Gözəl qadın güləndə üzünə nur gəlir, danışanda səsində istilik hiss olunur, susanda belə yanında bir rahatlıq yaranır.
İllər keçdikcə qadının zahiri görünüşü dəyişə bilər. Amma onun xarakteri, mərhəməti, zəkası, ləyaqəti, səliqəsi və insanlara münasibəti gözəlliyini qoruyub saxlayır, hətta onu daha da cazibədar edir.
Bəzən çox gözəl bir qadın görürsən və onun gözəlliyinə heyran qalırsan. Lakin bir neçə dəqiqəlik söhbətdən sonra həmin gözəllikdən əsər-əlamət qalmır.
Bəzən isə ilk baxışda qeyri-adi gözəlliyi olmayan bir qadınla tanış olursan. Onun danışığını, nitq mədəniyyətini, dünyagörüşünü dinlədikcə qadın gözəlliyinin tamam başqa bir mənasını görürsən.
Əsl gözəllik insanın üzündən əvvəl xarakterində görünür.
Qadın özünü qadın kimi hiss edəndə, özünə hörmət edəndə, sevdiklərinə sevinc bəxş edəndə və həyatda öz ləyaqətini qoruyanda gözəldir.
Yəni qadın gözəlliyi səhərdən axşama qədər güzgünün qarşısında dayanıb üz-gözünü kosmetika ilə bəzəməkdən ibarət deyil.
Gözəllik həm də təmizlikdir, səliqədir, mədəniyyətdir, davranışdır və özünə hörmətdir.
2009-CU İLDƏKİ SEVİNCİM
2009-cu ildə uzun fasilədən sonra Azərbaycana gələndə ilk dəfə qadınlarımızın artıq tək-tək deyil, kütləvi şəkildə avtomobil idarə etdiyini gördüm.
İnanın, bunu görəndə çox sevindim. Qürurdan gözlərim yaşardı.
Düşündüm:
“Allah sənə şükür! Nəhayət, Azərbaycan qadını da sükan arxasındadır və həyatın müxtəlif sahələrində daha sərbəst, daha fəal iştirak edir.”
Bu gün qadınlarımızı müxtəlif yüksək vəzifələrdə görmək də mənim üçün böyük sevinc və qürur mənbəyidir.
Sovet dövründə müəyyən sahələrdə, xüsusilə bəzi rəhbər qurumlarda köməkçi, katibə və digər vəzifələrdə rus və erməni qadınlarının daha çox görünməsi də diqqətimi çəkirdi.
Bu gün isə müstəqil Azərbaycanda öz qadınlarımızın yüksək vəzifələrdə, elm, təhsil, səhiyyə, hüquq, diplomatiya, biznes və digər sahələrdə uğur qazandığını görmək qürurvericidir.
SEVİNCİMDƏN XƏYAL QIRIQLIĞINA…
Amma son səfərlərimdə başqa bir mənzərə ilə qarşılaşdım və bu məndə müəyyən xəyal qırıqlığı yaratdı...
Əvvəlcədən xüsusi qeyd edim:
Mən bütün qadın sürücülərdən danışmıram.
Əksinə, çoxlu savadlı, mədəni, kübar və məsuliyyətli qadın sürücülər tanıyıram. Onların arasında həkimlər, universitet müəllimləri, ziyalılar və müxtəlif peşə sahibləri olan xanımlar var. Onlar avtomobili çox mədəni, səbirli və yol hərəkəti qaydalarına uyğun idarə edirlər.
Söhbət cəmiyyətdə müşahidə etdiyim müəyyən davranışlardan gedir.
Təəssüf ki, bəzi qadın sürücülərin avtomobil idarə edərkən bir əllərində sükan, digər əllərində mobil telefon və ya siqaret saxladığını görmək ürəkaçan deyil..
Bəziləri isə ehtiyac olmadığı halda davamlı olaraq siqnaldan istifadə edir.
Daha təəccüblüsü odur ki, bəzi qadın sürücülər avtomobili düzgün park etməkdə, geriyə hərəkət etməkdə və ümumiyyətlə, avtomobili təhlükəsiz idarə etməkdə çətinlik çəkirlər.
Bu isə istər-istəməz sürücülük təhsilinin və praktiki hazırlığın səviyyəsi barədə sual yaradır.
İnsan istər-istəməz düşünür:
Görəsən, bu qadınlar sürücülük vəsiqəsini hansı hazırlıq səviyyəsi ilə əldə ediblər? Hər addım başı yol hərəkət qaydalarını pozan qadınlar, görəsən hansı kriteriyalar onlara sürücülük vəsiqəsi əldə etməyə kömək edib?
SÜKAN ARXASINDA İNSANIN XARAKTERİ GÖRÜNÜR
Məsələ təkcə avtomobili idarə etmək bacarığında deyil.
Əsas məsələ məsuliyyət hissidir.
Sükan arxasında insanın səbrini, mədəniyyətini, intizamını və başqalarına münasibətini də görmək mümkündür.
Dəfələrlə müşahidə etmişəm ki, piyada keçidindən keçən insanlara, hətta uşaqlara belə əsasən sürücü qadınlar yol verilmirlər.
Bu, xüsusilə mənə ağır gəlir.
Çünki qadın bizim təsəvvürümüzdə ana, mərhəmət, sevgi və insanlıq rəmzidir.
Bir ananın piyada keçidində başqa bir uşağa yol verməməsi istər-istəməz adamı düşündürür.
Amma yenə də vurğulayıram: bu irad bütün sürücü qadınlara aid deyil, konkret davranışlara aiddir.
QADINLIQ YALNIZ ZAHİRİ GÖRÜNÜŞ DEYİL
Təəssüf ki, bəzən qadınlıq anlayışını yalnız zahiri görünüşlə əlaqələndiririk.
Halbuki qadınlıq həm də davranış, mərhəmət, nəzakət, özünə və başqasına hörmət deməkdir.
Söyüş söymək, aqressiv davranmaq, küçədə kobud hərəkətlər etmək insanı güclü göstərmir.
Bu, qadına da, kişiyə də yaraşmır.
Əksinə, belə davranış insanın mədəniyyət səviyyəsini göstərir.
SİQNAL SƏSİ MƏDƏNİYYƏTİN GÖSTƏRİCİSİDİR
Eyni problem avtomobil siqnallarından istifadə ilə bağlı da mövcuddur.
Bəzən sürücülər qarşıda real təhlükə və ya zərurət olub-olmamasından asılı olmayaraq dayanmadan siqnal verirlər.
Halbuki siqnal digər sürücünü və piyadanı xəbərdar etmək üçündür, əsəbi çıxarmaq üçün yox.
Yersiz siqnal həm sürücüyə, həm də piyadaya hörmətsizlikdir və sivil ölkələrdə isə cinayət sayılır.
YOL MƏDƏNİYYƏTİ CƏMİYYƏTİN GÜZGÜSÜDÜR
Daha ciddi məsələ isə yol hərəkəti qaydalarının pozulmasına münasibətdir.
Piyada keçidində piyadaya yol verməmək, işıqforun tələblərinə əməl etməmək, lazımsız yerə siqnal vermək və digər qayda pozuntuları cəzasız qaldıqca yol mədəniyyətinin yüksəlməsini gözləmək çətindir.
Burada söhbət yalnız qadın sürücülərdən getmir.
Bu, ümumilikdə cəmiyyətimizin yol mədəniyyəti problemidir.
Qadın da, kişi də sükan arxasında eyni məsuliyyəti daşıyır.
MƏQSƏDİM QADINI TƏNQİD ETMƏK DEYİL
Mənim məqsədim Azərbaycan qadınını tənqid etmək deyil.
Əksinə, mən Azərbaycan qadınının daha yüksək səviyyədə olmasını istəyirəm.
Çünki illər boyu Qərbi Avropada qadının cəmiyyətdə necə böyük rol oynadığını görmüşəm və Azərbaycan qadınının da azad, savadlı, güclü, özünəinamlı və yüksək mövqelərdə olmasını həmişə arzulamışam.
Azərbaycan qadını artıq sükan arxasındadır.
Bu, özü böyük bir dəyişiklikdir.
İndi isə mənim istəyim budur ki, sükan arxasında olan qadın yalnız avtomobili deyil, öz mədəniyyətini, məsuliyyətini və davranışını da idarə etsin.
Çünki avtomobil idarə etmək sadəcə sükanı çevirmək deyil.
Sükan arxasında insanın xarakteri, səbri, məsuliyyəti və başqalarına hörməti də görünür.
AZƏRBAYCAN QADININA ARZUM
Kaş ki, Azərbaycan qadını hər yerdə - evdə, işdə, dövlət idarəsində, universitetdə, xəstəxanada və küçədə öz yüksək mədəniyyəti, zəkası, mərhəməti və ləyaqəti ilə seçilsin.
Çünki qadın yalnız ailənin deyil, cəmiyyətin də formalaşmasında mühüm rol oynayır.
Millətin gələcəyini formalaşdıran əsas amillərdən biri və bəlkə də ən mühümü qadındır.
Savadlı, mədəni, alicənab və kübar qadın sağlam düşüncəli, savadlı və tərbiyəli nəsil yetişdirir.
Ona görə də qadının səviyyəsi təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin səviyyəsinə təsir edir.
Əgər qadın öz mədəniyyətini, ləyaqətini və məsuliyyət hissini itirərsə, bunun fəsadları gec-tez gələcək nəsildə də özünü göstərəcək.
Azərbaycan qadınına münasibətimiz yalnız onun hüquqlarını qorumaqla bitməməlidir. Onun təhsilinə, dünyagörüşünə, mədəniyyətinə və cəmiyyətdə layiqli yer tutmasına da böyük əhəmiyyət verməliyik.
Mənim arzum Azərbaycan qadınını tənqid etmək deyil - onu daha uca görməkdir.
Çünki mən Azərbaycan qadınının buna layiq olduğuna inanıram.
Elman Mustafazade
Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri “Xudafərin” (www.xudaferin.eu) jurnalının baş redaktoru.

https://xudaferin.eu/azrbaycanda-qadin-suruculr-sevincdn-xyal-qiriqligin...
00:25