Azərbaycanda prezidentliyə namizədlərin ödənişsiz efir vaxtında çıxışlarının ardıcıllığı müəyyənləşib
Mərkəzi Seçki Komissiyası yanvarın 15-də prezidentliyə namizədlər arasında ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirib.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz efir vaxtında çıxış etmə ardıcıllığı məlum olub.
Püşkatmanın nəticəsinə görə, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1-ci, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2-ci, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 3-cü, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 4-cü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 5-ci, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 6-cı və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 7-ci çıxış edəcəklər.

Xudaferin.eu
15:24
Digər xəbərlər