Azərbaycanda iki nazirlik ləğv edildi - YENİ QURUM YARADILDI

Azərbaycanda yeni struktur islahatı həyata keçirilib. 

 

Xudaferin.eu president.az-a istinadən məlumatına görə, prezident İlham Əliyev Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Ramin Namiq oğlu Quluzadə yeni yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. 

Ramin Quluzadə kimdir?

Quluzadə Ramin Namiq oğlu 1977-ci il fevral ayının 1-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə isə magistr dərəcəsi ilə bitirib.

2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib və 2014-cü ildə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2015-2016-cı illərdə isə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.

Ailəlidir, 2 övladı var.

 

15:24