Azərbaycanda daha bir neçə bank bağlana bilər

 

Azərbaycanda daha bir neçə bank bağlana bilərBu il Azərbaycanda daha bir neçə bank bağlanacaq. Artıq məlumdur ki, bəzi maliyyə institutları əmanətçilərə əmanət ödəyə bilmir. Bu bankın müflis olmasının ilk əlamətidir.
 

Bunu ekspert Əkrəm Həsənov "Exo” qəzetinə açıqlamasında deyib. Ə. Həsənov xatırladıb ki, 15 bank 2016-cı ilin IV rübünə aid maliyyə hesabatlarını açıqlamayıb. O bildirib ki, hesabatlarını dərc etməyən maliyyə institutları, bir qayda olaraq, müflisləşmə həddində olurlar: "Bundan əlavə, problemli kreditlərin həcmi də bank sabitliyinə təsir edir. Əgər bu həcm çoxdursa və artmaqda davam edirsə, şübhəsiz, bank tədricən müflisləşməyə doğru gedir. Bütün yuxarıda göstərilən faktlar öz rolunu oynayır və mövcud olan 32 bankın bir hissəsi də bağlanmağa məcbur olacaq”.
Ə.Həsənov deyib ki, 2016-cı ildə ölkənin bank sektorunun məcmu zərəri 1.5 milyard manatdan yuxarı olub. Ekspertin deməsinə görə, keçən il ən böyük zərərə «Nikoil Bank» düşüb. Ötən il Azərbaycanda 10-dan çox bank bağlanıb.

Politika.Az

 

09:33