Azərbaycanda benzinin qiyməti qalxıb. “Aİ-95” markalı benzin 1 manat 25 qəpik, “Ai-98” markalı benzinin bir litri isə 1 manat 50 qəpik olub. Hər iki markadan olan benzin 20 qəpik bahalaşıb.
Bu markadan olan benzin Azərbaycana xaricdən idxal olunur. Rəsmilər qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma ilə əlaqələndirirlər. Amma qiyməti Tarif Şurası tərəfindən tənzimlənən “Aİ-92” markalı benzinin və dizel yanacağının qiymətlərində hər hansı dəyişiklik yoxdur. “Aİ-95” və “Ai-98”in satışı ölkənin yanacaqdoldurma məntəqələrində, əsasən də rayonlarda bir həftə əvvəldən dayandırılmışdı. Bunu qeyri-rəsmi belə izah edirdilər ki, bu markalardan olan benzin bahalaşacaq, yeni qiymətlərin elan edilməsini gözləyirlər.
Azərbaycanda benzin yenə bahalaşdı

Azadliq.org
10:48
Digər xəbərlər