Azərbaycana gətirilən bu yağa DİQQƏT: Alıcılar aldadılır

“Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Кубинская семечка” yağının ekspertizasını keçirib. “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) istehlakçılardan daxil olan telefon zənglərinə və birliyə ərizə ilə müraciət etmiş Bakı şəhəri sakini S.Məmmədovanın şikayət ərizəsində qaldırdığı məsələyə aydınlıq gətirmək üçün marketlərdə satılan 1 litrlik “Кубaнская семечка” bitki yağının akkreditasiya olunmuş laboratoriyada müayinəsini aparıb. Məqsəd istehlakçıların şübhələrinin əsaslı olub – olmamasını müəyyənləşdirmək , yəni bu yağların həqiqətən etiketində yazıldığı kimi “qarğıdalı yağı” olub-olmamasını müəyyən etmək olub.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, laboratoriya müayinələri bitki yağlarına məxsus yağ turşularının, xüsusən də qarğıdalı yağını xarakterizə edən C16:0 palmitin yağ turşusunun kütlə payının araşdırılmasına yönəlib.
Məlum olub ki, istehlakçıların narazılığı səbəbsiz deyil. “Кубaнская семечка” bitki yağının qarğıdalı yağı olmadığı müəyyən olunub: “Hesab edirik ki, ölkəmizdə biznes qurumları üçün yaradılmış kifayət qədər rahat şəraitdən xarici mal istehsalçılara sui-istifadə edir və Azərbaycana standartların tələbinə uyğun gəlməyən, istehlakçıların aldadılmasına səbəb olan mal göndərirlər. AİİB istisna etmir ki, “Кубинская семечка” yağını Azərbaycana idxal edən şirkət istehsalçının bu aldadıcı səhv məlumatından xəbərsizdir”.

Alçina Amilqızı
Cebhe.info

12:08