AZƏRBAYCAN

 

Böyük vətənim Turanın,
Bir parçası Azərbaycan.
Sən mənim qürur yerimsən,
Sənə qurban təndəki can.

Əhməd Cavad zəkasıyla,
İstiqlal marşın yazıldı.
Məmməd Əmin dühasıyla,
Cumhuriyyətin quruldu.

Yüksəklərdə dalğalanan,
Üç rəngli bayraq şanımız,
Üstündəki qırmızı rəng,
Uğrunda axan qanımız.

28 May günündə,
Şərqdə yanan ilk mayaksan,
Yenidən qovuşduq sənə,
Əbədi var olacaqsan!
                     
Mafilə Müntəzir.
Xudaferin.eu

 

10:34