Azərbaycan XİN Rusiyanın Kabildəki səfirliyinə edilən terror hücumunu pisləyib

Sentyabrın 5-də Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində iki rus diplomatının, habelə əfqan vətəndaşlarının həlak olması xəbərini kədərlə qarşılayırıq. Terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Diplomatların həyatına qəsd qəbuledilməzdir.

​Xudaferin.eu AZƏRTAC-a istiandən  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin hadisə ilə bağlı açıqlamasında bildirilib.

“Terror hücumu nəticəsində həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik”,- deyə açıqlamada qeyd olunub.

Xudaferin.eu

16:00