Azərbaycan XİN-in “qara siyahı”sı nə qədər rasionaldır?

 

Bir neçə ildir ki, Azərbaycan XİN-in "qara siyahı"sı qüvvədədir. Demək olar ki, Qarabağa və işğal edilmiş digər ərazilərə səfər edənlərin hamısı ora daxil edilib. Həmin şəxslərə Azərbaycana viza verilmir və hər dəfə də bəyan edirlər ki, həmin yerlərə səfər etmək istəyənlər Bakının razılığını almalıdır.
 

"Razılıq almaq" dedikdə nəyin nəzərdə tutulduğunu söyləmək çətindir, çünki XİN Qarabağa səfər etmək üçün xüsusi vizalar vermir. Ancaq məsələ bundadır ki, hətta XİN belə razılıq verirsə də sonradan bunu "unudur".

Uzun illər Qafqaz regionunda yaşayan və çalışan amerikalı analitikin başına gələnlər bunları söyləməyə əsas verir. Bir neçə il öncə o, öz həmkarı ilə birlikdə Bakıda xarici işlər nazirinə və Prezident Aparatına müraciət edərək araşdırma məqsədilə Qarabağa səfər etmələrinə izn verilməsini xahiş edib. Onlar öz müraciətlərini rəsmi Bakının tələbilə əsaslandırıblar. Ancaq cavab gözləmədən çıxıb gediblər. Bir həftədən sonra mətbuat xidmətinin o zamankı rəhbəri amerikalıya telefon edərək bildirib ki, razılıq verilib və onlar Qarabağa gedə bilər. Onların adları "qara siyahı"ya daxil edilməyəcək.

Qarabağda olan əcnəbilər razılıqla bildiriblər ki, onların adları "qara siyahı"da yoxdur.

Ancaq 25 il Bakıya gəlib-gedən həmin amerikalı iki həftə öncə Azərbaycanın Tbilisidəki səfirliyinə viza üçün müraciət edib. O, anketdə Qarabağa səfər etdiyini göstərib. Amerikalının sözlərinə görə, onun bu etirafı səfirliyin işçilərini şoka salıb. Amerikalı bunun necə baş verdiyini danışıb, öz yazılı müraciətini təqdim edib və güman edib ki, XİN-in kömpüter sistemi vaxtilə ona Qarabağa getməyə icazə verildiyini və bununla bağlı onun yazılı müraciətinin olduğunu təsdiqləyəcək.

Ancaq bu, baş verməyib. Amerikalını sorğu-suala tutublar: kim icazə verib, necə olub, bunu necə təsdiq edə bilər(!). Amerikalı ad və tarix açıqlamalı olub. Ancaq ona deyiblər ki, bunun doğru olub-olmadığını yoxlamaq üçün bir həftə gözləməlidir. İki həftə Tiflisdə qalan analitik sonda "qara siyahıya tüpürüb" geri dönüb. Bu hadisə göstərir ki, Bakıda heç kim narahat olmur ki, adamlar onlara Qarabağa getməyə icazə verilməsi üçün müraciət edəcəklər. Odur ki, "qara siyahı" ilə yanaşı "ağ siyahı" da olmalıdır.

Ancaq görünür, XİN-də bu barədə düşünən yoxdur. Ancaq Elmar Məmmədyarovun icazəsini almadan Qarabağa getməkdən utanmayan Soso Pavliaşvili Bakıda konsert verərkən susurlar.

Muxalifet.az

09:37