Azərbaycan XİN Milli Günü münasibətilə Albaniyanı təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Milli Günü münasibətilə Albaniyanı təbrik edib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.
“Milli Gün münasibətilə Albaniya hökuməti və xalqına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Milli Günün mübarək, Albaniya! Əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik”, - deyə paylaşımda bildirilib.

Xudaferin.eu

23:15