Azərbaycan Xalça Muzeyi Uluslararası Muzeylər Şurasında
Fransanın başkəndi Parisdə Uluslararası Muzeylər Şurasının (İCOM) Baş Assambleyasının konfransı keçirilib. Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova tədbirdə iştirak edib.
Üç ildən bir keçirilən konfransa dünyanın müxtəlif muzeylərinin mütəxəssisləri qatılıb. Konfrans çərçivəsində fərqli mövzularda diskussiyalar, strateji istiqamətlər və İCOM-a üzvlük məsələləri müzakirə edilib.
İCOM-un baş direktoru Piter Keller açılış mərasimində çıxış edərək bildirib ki, budəfəki konfransda muzeylərin müasir tendensiyalarla fəaliyyəti, keyfiyyətli birgə əməkdaşlıq, beynəlxalq əlaqələr və milli komitələrlə əməkdaşlıq mövzularına geniş yer ayrılıb. Tədbir zamanı dəyirmi masalar təşkil edilib, növbəti ilin iş planı təsdiqlənib.
Konfrans çərçivəsində həmçinin 2019-cu ildə növbəti tədbirin keçirilməsi üçün Yaponiyanın Kiota şəhəri səs çoxluğu ilə qəbul edilib. Yaponiya Milli Muzeyinin direktoru Sa Sa Ki bu seçimi təkcə Kioto şəhərinin deyil, bütün Yaponiyanın qələbəsi kimi dəyərləndirib. Bu tədbir Yaponiyanı tanımayan, ora səfər etməyən muzey işçiləri üçün böyük fürsətdir.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) Baş Assambleyasının növbəti konfransı 2019-cu il 1-7 sentyabr tarixində keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən 2 mindən artıq muzey mütəxəssisinin iştirakı nəzərdə tutulur.

Xudaferin.eu
“Avropa Bürosu”
09:35
Digər xəbərlər