Azərbaycan voleybolçusu Finlandiya çempionatının finalına yüksəlib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Yaqubova Finlandiya çempionatının finalına yüksəlib.

Xudaferin.eu xəbər verir ki, voleybolçumuzun çıxış etdiyi “Viesti” komandası yarımfinal seriyasının dördüncü turunda “Orpo” klubuna qalib gəlib. Seriyanı 3:1 hesabı ilə öz xeyrinə başa vuran “Viesti” komandası çempionatın finalına vəsiqə qazanıb.

Qızıl medal uğrunda görüşdə “Viesti”nin rəqibi müəyyənləşməyib.

Xudaferin.eu 

17:36