Azərbaycan və Qırğızıstan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov Qırğız Respublikası Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev ilə görüş keçirib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, söhbət zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə birgə Hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi imkanlarını nəzərdən keçiriblər. Bundan əlavə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları arasında əldə olunan razılaşmaların icrası məsələləri, habelə bu istiqamətdə işlərin gedişi müzakirə edilib.

Xudaferin.eu


 

12:18