Azərbaycan və İsrail xalqının qeyrətli Oğlu Arye Qut vəfat etmişdir
İsrailin və Azərbaycanın ictimai xadimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, “İsraildə Azərbaycan Evi” təşkilatının icraçı direktoru Arye Qut 47 yaşında vəfat edib.
“Xudaferin.eu” xəbər verir ki, bunu onun mərhumun yaxınları bildirib.
Arye Qut həm İsrail, həm də Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi.
O, Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığına, Cənubi Qafqazdakı geosiyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.
A.Qut "Cəmiyyət üçün beynəlxalq layihələr" təşkilatının rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri olub.
Arye Qut 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilib. Üç il ərzində Bakı Dövlət Universitetinin ən gənc müəllimlərindən biri idi. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi var. Arye Qut azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışır.
2000-ci ildə İsrail Dövlətinə köçüb. 2002–2009-cu illər ərzində Arye Qut tanınmış "GİLRO LTD" İsrail şirkətində idxal-ixrac departamentin rəhbəri çalışıb.
2007–2009-ci illərdə Arye Qut Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışıb.
Bununla yanaşı, Arye Qut İsrail-Turkiyə və İsrail-Azərbaycan münasibətləri sahəsində İsraildə aparıcı mütəxəssislərindən biri kimi tanınır. Eyni zamanda, Arye Qut İsrailin dövlət radiosunda "Radio Reka" (rus dilində), "Reşet Bet" (ivrit dilində) və İsrailin 9 və 10 televiziya kanallarında daimi siyasi şərhçi kimi çıxış edir.
Beş ildən artıqdır ki, Arye Qut İsrailin hərbi sənaye kompleksində çalışır və bu strukturda post Sovet məkanında olan ölkələr sahəsində nüfuzlu mütəxəssislərindən biri hesab olunur. Eyni zamanda İsrailin müdafiə nazirliyində Arye Qut siyasi analitik və Cənubi Qafqaz regionu üzrə aparıcı mütəxəsislərdən biri hesab olunur.
Arye Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edir. Arye Qut Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığa, Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.
Arye Qut İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olub. Həmçinin Arye Qut İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr" adlı qeyri-hökumət təşkilatının başçısı idi. Vaxtı ilə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü və təşkilatın mətbuat katibi olub. Bununla yanaşı o, İsrail dövlətində "Justice for Khojaly" beynəlxalq kampaniyasınin rəsmi əlaqələndiricisiydi.
2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərirdi.
Arye Qut xərçəng xəstəliyindən əziyyət çəkirdi və 20 sentyabr 2022-ci ildə elə bu xəstəliyindən vəfat etmişdir.
Biz Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti adından, eləcə də Xudafərin (www.xudaferin.eu) jurnalinin kollektivi və "Ya Qarabağ, Ya Ölüm" Beynelxalq whachap qrupu adından ARYE QUTun ölümü ilə bağlı mərhumun doğmalarına, dostlarina, bütün İsrail və Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin.
Xudaferin.eu
14:35
Digər xəbərlər