Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi haqqında

Rəsmi Bakı, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan hakimiyyətinin və dünya ictimaiyyətinin diqqətini regionda tam hüquqlu sülhün bərqərar olması üçün fövqəladə əhəmiyyət kəsb edən aşağıdakı məsələlərə cəlb edib:
1. Azərbaycan ərazilərinin işğalı illərində erməni terrorçu strukturları erməni xalqının tam səssiz razılığı ilə dinc azərbaycanlı əhaliyə qarşı qeyri-insani əməllər törətmişlər.

Rəsmi İrəvan üzr istədi? Erməni xalqı öz vəhşiliklərinə görə peşman olubmu?
XEYR!!!
2. Erməni işğalçıları ölkənin iqtisadiyyatına və ekologiyasına külli miqdarda ziyan vurdular: yüzlərlə yaşayış məntəqəsi xarabalığa çevrildi, mədəniyyət məbədləri və tikililər talan edilərək dağıdıldı, dini mərkəzlər murdarlandı. Azərbaycan xalqına və dövlətinə dəymiş ziyan beynəlxalq səviyyədə tanınmış üsullar əsasında müəyyən edilmişdir.
İrəvan bu zərəri ödəyibmi?
XEYR!!!
3. Sovet dövründə 16 min kvadrat kilometrdən çox tarixi Azərbaycan ərazisi Sovet Ermənistanının xeyrinə özgəninkiləşdirilib. Şimali Azərbaycan (10 xanlıq) Rusiya imperiyasına birləşdirildikdən sonra Azərbaycan ərazilərinin erməniləşdirilməsi dövründə azərbaycanlı əhalinin xeyli hissəsi öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Sovet dövründə sovet hökumətinin qərarı ilə azərbaycanlılar Ermənistanın xeyrinə ayrılmış tarixi yerlərindən Sovet Azərbaycanına zorla köçürüldülər. Bütün bu ərazilər və azərbaycanlıların köçürülməsi qanunsuz idi. Bütün bunlara baxmayaraq, rəsmi Bakı bu ərazilərin qaytarılmasını tələb etməyib, sadəcə olaraq müasir Ermənistana inteqrasiya etməyə hazır olan azərbaycanlıların öz tarixi yerlərinə qaytarılmasını, ölkənin tamhüquqlu vətəndaşlarına çevrilməsini zəruri hesab edirdi. Burada qeyd etmək yerinə düşər ki, rəsmi Bakı heç vaxt Ermənistanın Ermənistan SSR sərhədləri daxilində tanınmasını bəyan etməyib.
Bu şərtlər yerinə yetirilirmi?
XEYR!!!
4. Qərbi Zəngəzurun Ermənistanın xeyrinə qeyri-qanuni özgəninkiləşdirilməsi ilə bölünmüş əraziləri arasında Azərbaycan vətəndaşları üçün güzəştli gediş-gəliş üçün Bakının şərtlərinin qəbul edilib-edilmədiyi məlum deyil. Rəsmi İrəvan əmin edir ki, bu şərtlər qəbul edilməyib!
 

Xudaferin.eu

13:42