Azərbaycan təklif gözləyir: 7 min qidaya QADAĞA var

Dünya Antidopinq Agentliyi Dopinqlə bağlı qanuna görə Azərbaycana təklif göndərəcək.  Təklifdə 7 mindən artıq qida maddəsinə qadağa var. Bu haqda Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Cebhe.info-ya açıqlamasında deyib.

“Dünya Antidopinq Agentliyi ilə də qanunun hazırlanması üçün müzakirələrimiz davam edir. Hazırda qanunla bağlı agentliyin təklifini gözləyirik. Beynəlxalq ekspertlərin təkliflərini də qanuna əlavə edəcəyik. Böyük ehtimalla gələn həftə qanunu ikinci oxunuşa çıxarılacaq”,- deyə deputat bildirib.
F.Muradovun sözlərinə görə, qanunda yer alan digər maddə ilə idmançının könüllü, yaxud təhriklə dopinq qəbul etməsi məsələsinin araşdırılması əksini tapacaq: “Araşdırılacaq ki, idmançı nə üçün dopinq qəbul edib. Bununla əlaqədar Milli Antipdopinq Agentliyində xüsusi dinləmə və araşdırma qrupu bu işlə məşğul olacaq”.  Bundan başqa Dünya Antidopinq Agentliyinin siyahısında yer alan 7 mindən artıq qida maddəsinin qəbul edilib-edilməməsi də araşdırılacaq: “Dünya Antidopinq Agentliyinin siyahısı var ki, burda 7 mindən artıq dopinqə aid edilən qida maddələri yer alıb. Qanunun icazəsi ilə araşdırağıq ki, idmançı 7 min qida maddəsindən ibarət hər hansı bir qidanı qəbul edib, ya yox”.

Nigar Məhərrəm
(Cebhe.info)

08:50