AZƏRBAYCAN SAYILIB -- SEÇİLƏN DÖVLƏTDİR ...

Məlum olduğu kimi 25 dekabr 2024-i il tarixində Rusiya Fedarasiyası ərazisində Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasından sonra BAKI ilə MOSKVA arasında münasibətlər gərginləşib.
Mülki təyyarımizi vuran , dinc sakinlərin ölümünə bais olan Rusiya ; üzr istəmək , həlak olan insanların ailələrinə təzminat ödəmək , təqsirkarları cəzalandırmaq əvəzinə bizə "XOX" gəlir.
Rusiyanın şovinist , imperiyapərəst siyasətçiləri və KİV - nümayəndələri Azərbaycan tərəfini borclu çıxartmağa çalışırlar.
Əslində Rusiya ilə Azərbaycan arasında
bu gərginlik 200 ( iki yüz ) ildir davam edir.
Qafqaza ən böyük hücumlar çar I Aleksandrın dövründən , 1801-ci ildən başladı.
Rusiya İmperiyası Cənubi Qafqaza hücum edərək 1804 - ildə Gəncə xanlığını ,
1805 - ildə isə "Kürəkçay" müqaviləsi ilə Qarabağ xanlığını faktiki olaraq işğal etdi.
Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında 1813 - cü ildə "Gülüstan", 1828 - ildə "Türkmənçay" müqaviləsi bağlandı. Ölkəmiz Araz çayı boyunca Şimali və Cənubi Azərbaycan olmaqla iki yerə bölündü .
Bundan sonra əvvəllər İran , Türkiyə ərazilərində yaşayan erməni əhalisi kütləvi şəkildə Şimali Azərbaycanın qərb bölğələrinə ; Qarabağ , Naxçıvan və İravan xanlığının ərazilərinə köçürüldü.
Bununla da tarixi torpaqlarımızda Azərbaycanın qəlbini - bütövlüyünü bölən " PAZ" yerləşdirildi.
Bundan sonra Rusiya siyasətçiləri zaman - zaman Azərbaycana və azərbaycanlılara qarşı "ERMƏNİ" kartından istifadə edərək xalqımıza facilər yaşadıblar.
Nəhayət , Prezident , Ali Baş Konandan İlham Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycan dövləti cəmi 44 gün davam edən Il Qarabağ Müharibəsi və 20 Sentyabr 2023 - cü ildə silahlı ermənilərə qarşı apardığı anti - terror əməliyyatı ilə 200 ( iki yüz ) il boyunca xalqımıza qarşı törədilən qətlamlara , təzyiqlərə və faciələrə son qoydu.
Hamıya məlumdur ki , indiyə kimi xalqımıza qarşı törədilən bu faciələrin arxasında Rusiya dayanmışdı.
Xalqımıza qarşı törədilən 1905 -ci il , 1918 - ci il , 1988 - ci il qırğınları ;
20 yanvar 1990 - cı il hadisələri ,
26 fevral 1992 - il Xocalı qətlamları da bir başa Rusiyanın şovinist , imperiya təfəkkürlü siyasətçiləri tərəfindən təşkil edilib.
İndi Rusiya Ukrayna "bataqlığında" çabalayır , Yaxın Şərqdən , Afrikadan qovulur.
Hazırda Rusiya faktiki olaraq təklənib. Belarus, Şimali Koreyadan başqa Rusiyanın yanında heç bir ölkə yoxdur.
Rusiya Fedarasiyasının Uzaq Şərqinin cənubunda yerləşən əraziləri tutmaq üçün fürsət gözləyən Çin isə üzdə sakit davransa da ; reallıqda Rusiyanın parçalanmasını gözləyir.
Belə həssas mərhələdə Rusiya vəziyyətdən çıxmaq üçün müxtəlif ölkələrdə yerləşdirdiyi "5 - ci kalon"dan istifadə etməyə çalışır.
Etiraf etməliyik ki , bu sahədə Rusiyanın Azərbaycanda da çoxsaylı "ordusu" var.
Bu "orduya" hər il artırılan rusdilli məktəblər də aiddir.
İndi əvvəlki əzəmətli Rusiyadan əsər-əlamət qalmayıb.
Ona görə Rusiyanın siyasi
rəhbərliyi təxribatlardan əl çəkməlidir.
Başqa dövlətlərin daxili işlərinə qarışmamalıdır. Azərbaycanda Moskvaya bağlı və Rusiyaya meyilli adamlar da ağıllanmalıdır. Rusiyaya bağlı adamları üzə çıxarmaq üçün dövlət arxivləri açılmalı, kimin kim olduğu bilinməlidir.
Bəzi dövlət təşkilatlarında, seçkili orqanlarda KİV-də Rusiyaya bağlı qüvvələr neytrallaşdırılmalıdır.
Bu qüvvələr unutmasın ki, bundan sonra Rusiya onları qoruya bilməyəcək.
Azərbaycan xalqı öz müstəqilliyini qoruyub saxlamağa qadirdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki , Azərbaycan heç kimdən asılı deyil və bütün ölkələrlə bərabər hüquqlu sərbəst siyasət yürüdür.
İndi Azərbaycan sayılıb - seçilən müstəqil və nüfuzlu dövlətdir.

Qəvami Sadıqbəyli, Jurnalist - politoloq.

Xudaferin.eu

16:49