Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazi

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2130 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 791 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 21 noyabr tarixli 487 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bəndin birinci cümləsinə “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə edilsin.

2. 4.1.1-ci yarımbənd ləğv edilsin.

3. 5.1-ci bənddə “orqanın rəhbəri” sözləri “orqan (qurum)” sözləri ilə əvəz edilsin.

4. 5.2-ci bəndin birinci cümləsində “orqanlarının rəhbərləri” sözləri “orqanları, yaxud dövlət qurumu” sözləri ilə əvəz edilsin.

5. 5.3-cü bənddə “orqanın rəhbəri” sözləri “orqan” sözü ilə əvəz edilsin.

6. 5.5.6-cı yarımbəndə “kollegiyasının” sözündən sonra “və ya Müşahidə Şurasının iclasının” sözləri, “kollegiyanın” sözündən sonra “və ya Müşahidə Şurasının iclasının” sözləri əlavə edilsin.

7. 5.5.10-cu yarımbənddə “orqanın rəhbərinə” sözləri “orqana” sözü ilə əvəz edilsin.

8. 5.6.6-cı yarımbənddə “orqanın rəhbərinin” sözləri “orqanın” sözü ilə əvəz edilsin.

9. 5.7-ci bənddə “orqanın rəhbəri” sözləri “orqan” sözü ilə əvəz edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 24 ” “ dekabr ” 2024-cü il

Xudaferin.eu

15:58