AZƏRBAYCAN REALLIĞI: Yemək üçün oğurlayanlar

 

Xalqın çiyinlərinə zorakı oğruya çevrilmək məsuliyyətini yüklədilər.Polad kassalara, xarici ölkələrdəki bank hesablarına sığmayan xalq pullarını sağa-sola xərclədi, iliyinə qədər yoxsullaşan vətəndaşların ölkəsində özlərinə səltənət yaratdılar.Holdinqlər, şirkətlər qurdular.Bəs etmədi, övladlarının adlarına dəyəri milyonlarla ölçülən malikanələr tikdirdilər.Avtobusa 20 qəpik tapmayanların gözlərinə ən bahalı avtomobillərlə toz üfürdülər.Özlərinə qarşı ikrah hissi yaratdılar.Kütlədə baş qaldırmış hikkə və nifrəti dəyənəklə əzdilər, nə özlərini sevdirdilər, nə də xalqı sevdilər.Nəhayət, polad kassalarda, əyləşdikləri kürsünün altında gizlətdikləri xalqdan yağmaladıqları pullardır.

 

Azərbaycanda oğurluqların sayı artıb.İctimai nəqliyyatda cibgirlər fəallaşıblar.Özləri kimi yoxsul olanların ciblərindən telefon və pul oğurlayırlar.Bakıda boş qalmış evlərdən televizor, soyuducu, ütü, maqnitofon və digər məişət əşyalarını oğurlayıb satırlar.Aralarında qonşusunun evindən və dükanlardan çörək oğurlayanlar da var. Bütün imkanlardan məhrum qoyulmuş xalq öz sosial ağırlığının üstünə çökür və özünü əzir.

 

Xalqın əl qoya bilmədiyi sərvətlər

 

Sadə xalq kütləsi məmurların oğurladıqları pullar hesabına yaratdıqları səltənətdə günəmuzd işləyərkən, özünü ac qoydu.Bir dəfə də özündən oğurlananlara əl qoymadı.Məmur və oliqarxiyadan qorxulan Azərbaycanda indi hər kəs öz pis günündə olanlara qənim kəsilib, hamı biri-birindən oğurlayır, xalq öz içindən olanlardan, məmurlar da xalqdan.Yəni, ancaq xalq talanır, ancaq xalq qəsb olunur, ancaq xalqdan oğurlayırlar.Xalqın pulunu oğurlayanlar onu aclığa, səfalətə sürüyürlər.Gözlər qarşısında baş verən bu talan və soyğunçuluq saymazlıqdır, xalqın fağırlığından istifadə etməkdir. Bu azmış kimi yığdıqları pullara toxunmamaq üçün hər gün qanunları bir az sərtləşdirərək, qeyri-adi vergi növləri yaratmaqla böhranın itirdiyi pulları xalqın cibində axtarırlar. Xalqa zülm olunur və bundan utanmırlar.Əlbəttə, zülm edənin və əyri həqiqətləriylə yaşayanların qızaran siması olmamalıdır, yoxdur.

 

Geri çevrilməsi mümkünsüz nöqtədə

 

Məhkəmələr də xalq sərvətlərini talan edənlərin yanındadır.Əlbəttə, qanunları öz oyunlarının alətlərinə çevirənlərin ölkəsində qanunlar yox, şəxsi qaydalar işləyir.Qanunları da öz oyun qaydalarına uyğun qururlar və oynayırlar.Başqa sözlə, başında oğruların oturduqları ölkədə öz içlərindən çıxmışlardan hesab soruşulmaz.Bu istismarçı rejim xalqı məngənəsində sıxan böhrandan daha ağır böhrandır.Bu istismarçı rejim gənclərin çiyinlərinə, düşüncələrinə erkən ölmək arzuları, intihar, həbsxanalarda yaşamaq qorxusu yükləyib. Bu sistem insanları məcburi oğruya çevirir.Bu sistem bizi elə bir geriyə dönüşü mümkünsüz olan nöqtəyə çatdırdı ki, yeməkdən başqa heç nə düşünə bilmirik.Ən xoş niyyətlərimizin də mərkəzində biri-birindən dadlı yemək nimçələri var. Çünki bu istismarçı və oğru siyasi rejim bizə oxumaq, təhsil almaq - öz düşüncəmizi, beynimizi inkişaf etdirmək haqqı tanımadı.Sanki biz də bunu istəmədik və belə yaşamaqdan məmnunuq.

 

Mənsur

Cebhe.info

 

10:01