Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə üç ofisinin inşası planlaşdırılır

İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofislərinin inşa edilməsi gözlənilir.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbərinə görə, bu barədə Qızıl Aypara Cəmiyyətin bu gün keçirilən XXVI Baş Məclisində hesabat məruzəsi ilə çıxış edən qurumun icraçı katibi Ceyhun Mirzəyev məlumat verib.

O bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində üç şəhərdə cəmiyyətin ofislərinin inşa edilməsi planlaşdırılır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov isə jurnalistlərə açıqlamasında təşkilatın ofislərinin Xankəndi, Xocalı və Əsgəran şəhərlərində açılmasının planlaşdırıldığını qeyd edib.

Xudaferin.eu

17:56