“Azərbaycan Qafqazın dürdanəsi” adlı sərgi

 

Özbəkistandakı səfirliyimizin və bu qurumun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə ötən il noyabrın ortalarında Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində açılan “Azərbaycan Qafqazın dürdanəsi” adlı sərgi davam edir. Bu müddət ərzində Daşkəndin ali və orta məktəblərinin, kolleclərinin tələbələri sərgiyə baxıblar.
Sərginin bugünki qonaqları isə Daşkənddəki “Sexriye” qeyri-dövlət təhsil kompleksinin şagirdləri olub. Məktəblilər “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrlərə maraqla baxıblar.

Sərgidə ölkəmizin tarixi, dövlətçilik ənənələri, Azərbaycanın qədim xəritələri, müxtəlif regionlarında ipəkdən və yundan hazırlanan xalçalar, tarixi abidələrimiz əsasında hazırlanmış maketlər, müxtəlif milli-musiqi alətləri tanış olublar. Azərbaycanın Qarabağ bölgəsinin milli qadın və kişi geyimləri, habelə ölkəmizin qədim tarixinə dair bir sıra muzey eksponatları da şagirdlərin marağına səbəb olub. AMM-in əməkdaşı Kifayət Pirməmmədova bütün bunlar haqqında ətraflı məlumat verib, iki xalq arasında dil, din, mədəniyyət, adət və ənənələrin oxşar olduğunu bildirib.

 

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

09:54