Azərbaycan Prezidentinin AZƏRTAC-a müsahibəsi Ukrayna və Moldova mətbuatının diqqət mərkəzində olub

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Gəncə şəhərində AZƏRTAC-a müsahibəsi Ukrayna və Moldovanın xəbər portallarının diqqət mərkəzində olub.

Xudaferin.eu AZƏRTAC-a istinad'n xəbər verir ki, Moldovanın “Noi.md”, Ukraynanın “Asmedia” informasiya portalları Azərbaycan Prezidentinin müsahibəsindən silsilə materiallar yayıblar.

Materiallarda Azərbaycan Prezidentinin Ermənistanla bağlı fikirləri, eləcə də Ermənistanın hərbi cinayətlərini ifşa etməsi və dünya ictimaiyyətinin də bu cinayətlərə qiymət verməsi ilə bağlı çağırışı barədə oxuculara ətraflı məlumat verilir. Vətən müharibəsində Ermənistan hərbçilərinin Gəncədə mülki şəxslərə qarşı törətdiyi terror hadisələri, erməni faşisti Njde barədə söylənilən fikirlər də xarici medianın maraq dairəsində olub.

Emil Hüseynli

Xudaferin.eu

16:19